Qarabağ Viktoriya ilə oyunöncəsi son məşqinə çıxdı
Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə son Çexiya çempionu "Viktoriya"nın qonağı olacaq. Dünən axşam saatlarında Çexiyaya çatan komanda bu gün yerli vaxtla 11:45-də (Bakı vaxtı ilə 13:45) oyunöncəsi son məşqinə çıxıb.

Təxminən 40 dəqiqə davam edən hazırlıq prosesində futbolçular yüngül məşqlərlə kifayətləniblər.

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək.

Xəbər 661 dəfə oxundu.