Azərbaycan millisi İran, Tacikistan və Rusiya yığmaları ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.

Yığmamız qrup mərhələsində İran, Tacikistan və “Rusiya-2” milli komandaları ilə qarşılaşacaq.

Millimiz avqustun 8-də İran, bir gün sonra Tacikistan, avqustun 11-də isə “Rusiya-2” komandası ilə üz-üzə gələcək.

Xəbər 677 dəfə oxundu.