Ramin Musayev: Mil-Muğan gələn mövsüm elitaya çıxa bilər
PFL prezidenti Ramin Musayev "Mil-Muğan"ın növbəti mövsümdə Premyer Liqada oynamasının mümkünlüyü barədə danışıb. O, bunları söyləyib:

"Yerli azarkeşlər, İmişli rəhbərliyi bizi dəstəkləsə, "Mil-Muğan" Premyer Liqada oynaya bilər. Bu komanda mənim nəzarətim altındadır. Niyə Heydər Əliyev adına stadionu olan klub Premyer Liqada olmamalıdır? İmişlidəki arenada olan şərait heç bir stadionda yoxdur. Mən yerli əhalinin futbolu sevdiyi regionları dəstəkləyirəm. Aqil Məmmədov bu komandanın baş məşqçisi ola bilər. Ondan nəticə tələb etməyəcəyik. Qoy futbolçu yetişdirsin".

Xəbər 822 dəfə oxundu.