Premyer Liqanın püşkü atılır
Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçilir. Mərasim saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələrinin də iştirak edəcəyi mərasimdə iştirakçı komandalar ilk turdakı rəqiblərini tanıyacaqlar.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada 8 klub mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "İnter", "Qəbələ", "Kəpəz", "Neftçi", "Sumqayıt" və AZAL-dır.

Xəbər 673 dəfə oxundu.