İnter son yoxlama matçında uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. Bakılıların rəqibi Gürcüstanın "Kolheti Poti" komandası olub.

Oyun Bakı təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 0:1.

Qeyd edək ki, "İnter" bundan öncəki sınaq matçlarını Türkiyə klublarına qarşı keçirmişdi. Öncə "Kasımpaşa"ya 2:1 hesabıyla qalib gələn bakılılar ardından "Elazığspor"la bərabərə qalmışdılar - 0:0. Ötən gün isə paytaxt klubu "Gənclərbirliyi"n 4 cavabsız qolla qalib gəlmişdi.

Gürcüstan klubuna qarşı yoxlama oyunu ilə təlim-məşq toplanışına yekun vuran "İnter" sabah səhər saatlarında vətənə qayıdacaq.

Xəbər 732 dəfə oxundu.