PFL-in çempionatı yenə zəiflər sırasındadır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinqini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionatı 129 liqanın yer aldığı siyahıda 93-cü yerdədir.

Hesabında 2038,5 xal olan Unibank Premyer Liqası postsovet məkanı təmsilçilərindən Qazaxıstan, Tacikistan və Qırğızıstanı qabaqlasa da, Panama, Vyetnam, Tailand, Livan və Malayziya kimi çempionatlarından geri qalır.

Həmyerlimiz Araz Abdullayevin çıxış etdiyi Yunanıstan Superliqası 6775 xalla 11-dir. Dünyanın ən güclü 3 çempionatı Avropadadır. Bunlar İngiltərə (12619), İspaniya (12314) və İtaliya (11513) liqalarıdır.
Qeyd edək ki, Unibank Premyer Liqası Avropanın 48 çempionatı arasında 44-cü yerdə gedir.

Xəbər 1254 dəfə oxundu.