Zirədə oyunöncəsi son məşq
“Zirə” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. Ötən gün komandaya istirahət verən baş məşqçi Adil Şükürov ilk yoxlama oyunu öncəsi futbolçuları bir məşqə çıxarıb.

“Qartallar” əsasən taktiki planda çalışdılar. İsinmə hərəkətlərini də bu yöndə quran məşqçilər heyəti ardınca mövqelər üzrə tapşırıqlar veriblər. Əsas məqsəd komandaya müdafiə və hücumda necə oynamalı olmasını aşılamaq idi.

“Zirə” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Qəsəbə təmsilçisi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyunda “Qaziantəp BB” ilə üz-üzə gələcək.

Xəbər 977 dəfə oxundu.