BOK Rusiya yığmasını “Rio-2016” Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasını “Rio-2016” Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb.

Bu barədə qərar iyulun 24-də BOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

İcraiyyə Komitəsi rusiyalı idmançıların və komandaların Yay Olimpiya Oyunlarında iştirakını təsdiqləmək üçün bütün səlahiyyətləri beynəlxalq idman federasiyalarına verib.

İclasda çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov rəhbərlik etdiyi qurumun bundan sonra beynəlxalq idman federasiyaları, BOK və Dünya Anti-dopinq Agentliyi (WADA) ilə daha sıx əməkdaşlıq edəcəyini bildirib.

Xəbər 821 dəfə oxundu.