«Dördlər finalı» hansı arenamızda baş tutacaq?
Gələn ay Bakıda qadın voleybolçular arasında Avropa Çempionlaq Liqasının «dördlər finalı»nı izləyəcəyik. İdman.com.az saytının məlumatına görə, bu mötəbər yarışın keçirilmə məkanı öncədən nəzərdə tutulan «Azərreyl»in yeni arenasında deyil, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.

Səbəb, «dəmiryolçular»ın baş idman qurğusunun hələ tam istifadəyə verilməməsidir.
Qeyd edək ki, «Azərreyl» sözügedən mərhələnin təşkilatçısı hesab edilir. Mötəbər yarış 24-25 martda keçiriləcək. Hazırda Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilə yanışı, digər Bakı klubu - «Rabitə» də həlledici raunda vəsiqə qazanmağa iddialılardan sayılır.


Xəbər 931 dəfə oxundu.