Frank Berya: Qəbələ ilə matç bizim üçün asan olmayacaq
Fransanın "Lill" klubunun müdafiəçisi Frank Berya Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyunlar barədə danışıb. O, bunları söyləyib:

"Rəqibimiz "Qəbələ" oldu. Məşqçimiz artıq bu rəqib barədə bizə bəzi məlumatları çatdırıb. Bu oyunun hazırlığına başlayırıq. Başa düşürük ki, rəqibi qiymətləndirməmək pis nəticələnə bilər. Macarıstan klubu (MTK) səviyyəli komanda olsa da, "Qəbələ" onları keçə bildi. Bu da onu göstərir ki, bizə asan olmayacaq".

Xəbər 923 dəfə oxundu.