Qarabağ - Viktoriya matçının başlama saatı açıqlandı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çexiya "Viktoriya"sı arasında baş tutacaq cavab matçının başlama saatı müəyyənləşib. Avqustun 2-də Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, "Viktoriya" ilə "Qarabağ" arasındakı ilk oyun isə iyulun 26-da Plzendə keçiriləcək və 22:15-də başlayacaq.

Xəbər 793 dəfə oxundu.