Ramaldanov Gürcüstan klubunda
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov özünə yeni klub tapıb. Son mövsümü "Sumqayıt"da keçirən futbolçu bundan sonra karyerasını Gürcüstanda davam etdirəcək.

Belə ki, Ramaldanov qonşu ölkənin "Kolxeti" klubu ilə anlaşıb. 30 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Kolxeti" hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Ramaldanov da artıq klubun düşərgəsinə qoşulub.

Xəbər 695 dəfə oxundu.