AZAL Alaniyanın sabiq üzvünü baxışa çağırıb
AZAL yeni mövsümə hazırlığı davam etdirir. Paytaxt klubu baxışa yeni legioner çağırıb.

Belə ki, baş məşqçi Tərlan Əhmədov rusiyalı yarımmüdafiəçi Georgi Qoqiçayevi sınaqdan keçirir. 25 yaşlı futbolçu "Smena-Zenit", "Alaniya" kimi klublarda oynayıb. Son mövsümü isə o, "Saxalin"də keçirib.

Xəbər 627 dəfə oxundu.