Elvin Məmmədov: Vacib qələbə qazandıq
“Bu qələbə bizə lazım idi. Düzdür, oyun ərzində səhvlər oldu. Lakin sonda biz qalib gələ bildik”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı”nın futbolçusu Elvin Məmmədov deyib. Yarımmüdafiəçi Unibank Premyer Liqasının XXI turunun “Simurq”la qarşılaşması haqda fikirlərini açıqlayıb:

“Düzdür, komandamız qələbə hissini itirib. Çünki komanda yeni yığılıb. Azarkeşlər də bizi başa düşməlidir. Futbolçu heyətdə möhkəmlənməli, daim oynamalıdır. 1-2 oyunla nəsə mümkün deyil. Bizə vaxt lazımdır. Qarşıda 2 oyunumuz var: “İnter” və “Nefctçi” ilə. Bu oyunlarda istədiyimizi əldə edib, liderlərlə xal fərqini azaltmalıyıq”.

Qeyd edək ki, “sarı-qaralar” üzərində 2:0 hesablı qələbə qazanan “Bakı”, hazırda yarış cədvəlində 5-ci yerdə qərarlaşıb. Onu liderdən 10 xal ayırır.

Xəbər 1400 dəfə oxundu.