Qəbələnin rəqibi Belçika klubuna qalib gəldi
"Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi - Fransanın "Lill" klubu yoxlama oyunu keçirib. Sözügedən komanda Belçikanın "Vasland Beveren" klubu ilə qarşılaşıb.

Matç fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Erik Boatek vurub.

Qeyd edək ki, "Qəbələ"nin "Lill" ilə ilk oyunu iyulun 28-də baş tutacaq.

Xəbər 794 dəfə oxundu.