“Qarabağ” və “Qəbələ”nin avrokuboklarda rəqibləri ilə keçirəcəyi matçların vaxtı məlum olub
“Qarabağ” və “Qəbələ”nin avrokuboklarda rəqibləri ilə keçirəcəyi matçların vaxtı müəyyənləşib.

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Viktoriya”ya (Plzen, Çexiya) qarşı ilk oyununu səfərdə keçirəcək. “Dusan Arena”da oynanılacaq görüş iyulun 26-da, Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Ağdam klubunun cavab görüşü isə avqustun 2-də Respublika stadionunda keçiriləcək.

Avropa Liqasının üçüncü təsnifat mərhələsinə mübarizəyə qoşulacaq “Qəbələ” də ilk matçını səfərdə Fransanın “Lill” klubuna qarşı keçirəcək. İyulun 28-də “Lill-Metropol”da oynanılacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu isə avqustun 4-də Bakıda olacaq.

Xəbər 650 dəfə oxundu.