Sergey Karyakin: Hamını Bakı Şahmat Olimpiadasına dəvət edirəm
Rusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda çempionluq görüşünə vəsiqə qazanan Sergey Karyakin 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışıb. Karyakin səbrsizliklə Bakı Şahmat Olimpiadasını gözlədiyini bildirib:

"Sentyabrda Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu mötəbər yarışda iştirak etməyi planlaşdırıram. İnanıram ki, Rusiya yığması üçün olimpiada uğurlu olacaq. Millimizin olimpiadada qızıl medal uğrunda yarışmasını istərdim. Ümumiyyətlə Bakı şəhəri mənim üçün düşərlidir. Ötən il Bakıda keçirilən Dünya Kubokunda qələbə qazanmışam. Burada hər zaman turnirlər yüksək səviyyədə keçirilir. Hamını Bakı Şahmat Olimpiadasına dəvət edirəm".

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarışın oyunları “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Xəbər 697 dəfə oxundu.