Marina Durunda: Əsas vəzifəmiz Dünya Kubokunda Azərbaycanı uğurla təmsil etməkdir
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı uğurla təmsil etmək əsas vəzifəmizdir.

Bu sözləri iyulun 22-də Bakıda start götürən bədii gimnastika üzrə Dünya Kubokunda mübarizə aparan Azərbaycan gimnastı Marina Durunda deyib.

Gimnast bildirib ki, idmançılara Rio Olimpiadası ərəfəsində hazırlıq səviyyələrini göstərmək, Azərbaycanı layiqincə təmsil etmək və proqramın bütün dörd növü üzrə sabit çıxış etmək lazımdır. Mən doğma divarların kömək edəcəyinə ümid edirəm. Bununla yanaşı, məsuliyyət də çox böyükdür. Əlbəttə, gərginlik hiss olunur. Lakin bunun öhdəsindən gəlmək lazımdır.

Əsas rəqibləri barədə danışan M.Durunda onların arasında Rusiya, İsrail və Bolqarıstandan olan gimnastları xüsusi qeyd edib.

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi iyulun 22-dən 24-dək Bakıda təşkil olunacaq. Yarışın ilk iki günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Xəbər 738 dəfə oxundu.