AÇ-nin final oyununu Əliyar Ağayev idarə edəcək
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər 633 dəfə oxundu.