Məsimov İngiltərəyə gedir
Sloveniyanın "Domjale" klubu Avropa Liqasının ikinci təsnifat mərhələsini də uğurla başa vurub. Belarusun "Şaxtyor" (Soliqorsk) klubu ilə mübarizə aparan azərbaycanlı futbolçu Samir Məsimovun komandası ilk oyunda bu rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Ötən gecə baş tutan cavab oyununda isə Sloveniya klubu öz meydanında 2:1 hesabıyla qalib gələrək, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Məsimov bu oyunda da ehtiyatda qalıb.

Qeyd edək ki, "Domjale"nin növbəti mərhələdəki rəqibi İngiltərənin "Vest Hem" klubu olacaq. İlk oyun iyulun 28-də İngiltərədə keçiriləcək.

Xəbər 683 dəfə oxundu.