“Çətin olsa da, qalib gələ bildik”
“Qarabağ” komandasına məğlubiyyətdən sonra bu qələbə bizə lazım idi”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun futbolçusu Koke deyib. Paytaxt təmsilçisinin ispaniyalı legioneri Unibank Premyer Liqasının XXI turunun “Simurq”la qarşılaşması haqda fikirlərini bildirib: “Rəqib çətin olsa da, qalib gəlməyi bacardıq. Biz bu qələbəyə sevindik”.
Qeyd edək ki, Koke 2:0 hesabı ilə bitən görüşdə Azərbaycandakı ilk qolunu vurub.

Xəbər 900 dəfə oxundu.