İnter daha iki komanda ilə sınaq matçı keçirəcək
"İnter" növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir. Paytaxt klubu iyulun 22-də Türkiyə təmsilçisi "Elazığspor" ilə görüşəcək. Oyun Bakı vaxtıyla saat 19.00-da başlayacaq.

Komanda toplanış çərçivəsində daha iki rəqiblə qarşılaşmağı planlaşdırır. İylun 24-də "İnter" Türkiyənin daha bir komandası - "Gənclərbirliyi" ilə üz-üzə gələcək. Növbəti gün komanda daha bir yoxlama matçını keçirməyi planlaşdırır. Bu dəfə "İnter"in Gürcüstanın "Kolheti Poti" komandasıyla qarşılaşacağı gözlənilir.

Hər iki oyunun vaxtı barədə məlumat veriləcək.

Qeyd edək ki, "İnter" vətənə iyulun 26-da qayıdacaq.

Xəbər 678 dəfə oxundu.