“Qəbələ” Aleksey Antonovla yollarını ayırıb
“Qəbələ” klubu ukraynalı futbolçu Aleksey Antonovla yollarını ayırıb.

30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. 2015-ci ilin yayından klubun formasını geyinən A.Antonov “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib və 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. A.Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada bir dəfə rəqib qapısına yol tapıb.

Xəbər 668 dəfə oxundu.