Eltac Səfərli: Azərbaycan millisinə dəstək olun
Bakı Şahmat Olimpiadasına hazırlaşan Azərbaycan millisinin şahmatçısı Eltac Səfərli mötəbər yarışla bağlı fikirlərini bildirib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster olimpiadada ən güclü komandaların iştirak edəcəyini söyləyib:

"İlin əsas yarışı Bakı Şahmat Olimpiadasıdır. Burada zəif rəqib yoxdur. Azərbaycan xalqına demək istərdim ki, bizə inanın. Bakı Şahmat Olimpiadasına baxın və Azərbaycan millisinə dəstək olun".

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

Xəbər 660 dəfə oxundu.