Şkendiya - Neftçi matçında anşlaq olmayacaq
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə "Neftçi" arasında Skopyedə baş tutacaq cavab oyununa bilet satışı davam edir. Makedoniya klubu satışa 13 min bilet çıxarsa da, onun cəmi 1300-ü satılıb.

Oyun günü tribunalara təxminən 7000 azarkeş gəlməsi gözlənilir.

Qeyd edək ki, "Şkendiya" - "Neftçi" matçının keçiriləcəyi "Filipp II Makedonski" stadionu 36 400 azarkeş tutur.

Xəbər 613 dəfə oxundu.