Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə əlaqədar qərara alıram:
I. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında aşağıdakı dəyişikliklər edilsin:
1. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli, 485 nömrəli Fərmanının 1-ci bəndində “gənclər və idman” sözləri “gənclər, idman və turizm” sözləri ilə əvəz edilsin;
2. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli, 595 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü abzasında “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunun fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı”nın 48-ci bəndində “Nazirlər Kabineti yanında Xarici Turizm Şurası” sözləri “Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi” sözləri ilə əvəz edilsin;
4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 24 nömrəli Fərmanının 2-ci bəndinin on səkkizinci abzasında “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
5. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 dekabr tarixli, 47 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü, dördüncü, beşinci və yeddinci abzaslarında, 4-cü və 5-ci bəndlərində “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
6. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 iyun tarixli, 139 nömrəli Fərmanının 1-ci bəndində “gənclər və idman” sözləri “gənclər, idman və turizm” sözləri ilə əvəz edilsin;
7. “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli, 169 nömrəli Fərmanının 2-4-cü bəndlərində və həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nda “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
8. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 188 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasında “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
9. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli Fərmanının 2-ci bəndində və 19-cu bəndinin on birinci abzasında “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
10. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 376 nömrəli Fərmanının üçüncü abzasında “Nazirlər Kabineti yanında Xarici Turizm Şurası” sözləri “Gənclər, İdman və Turizm Nazirliyi” sözləri ilə əvəz edilsin;
11. “Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli, 42 nömrəli Sərəncamının 2-ci bəndində “Gənclər və İdman” sözləri “Gənclər, İdman və Turizm” sözləri ilə əvəz edilsin;
12. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məsələləri Komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli, 52 nömrəli Sərəncamında “gənclər və idman” sözləri “gənclər, idman və turizm” sözləri ilə əvəz edilsin;
13. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli, 155 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üçün Dövlət Proqramı”nda “gənclər və idman” sözləri “gənclər, idman və turizm” sözləri ilə əvəz edilsin;
14. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli, 416 nömrəli Sərəncamının 1-ci bəndində “Samur Novruzov - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri” sözləri “Əbülfəs Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri” sözləri ilə əvəz edilsin.
II. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2001-ci il

Xəbər 1248 dəfə oxundu.