Admira Bakıya gəldi
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan Avstriyanın "Admira" klubu artıq Bakıdadır. İlk oyunda 1:0 hesabıyla qələbə qazanan avstriyalılar məskunlaşdıqları otelə yollanıblar.

Axşam saatlarında komanda oyunun keçiriləcəyi "Dalğa Arena"da son məşqə çıxacaq. Baş məşqçi Oliver Lederer isə jurnalistlərlə görüşəcək.

Qeyd edək ki, "Kəpəz" - "Admira" oyunu sabah saat 20:00-da start götürəcək.

Xəbər 666 dəfə oxundu.