“Yoldaşlıq futbolu” turnirinin kubokunu Sumqayıt “ASAN xidmət” könüllüləri qazanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Yoldaşlıq futbolu”nun final matçı baş tutub.

Finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2:3 hesabı ilə qalib gələn Sumqayıt “ASAN xidmət” könüllüləri “Yoldaşlıq futbolu” turnirinin kubokunu qazanıb.

Yarış iştirakçıları diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, “ASAN” könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclərə sağlam həyat tərzi aşılamaq, onların asudə vaxtının səmərəli keçməsində şərait yaratmaqdan ibarətdir. Layihə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə gənclərini əhatə edib.

Xəbər 669 dəfə oxundu.