Olimpiya çempionumuz zədələnib
Almaniyanın Düsseldorf şəhərində keçirilmiş usta cüdoçular arasında qran-pri turnirində 81 kq-da bürünc mükafata sahib çıxan Elnur Məmmədli, Vətənə dönməkdə tələsməyəcək. İdman.com.az saytının məlumatına görə, yarışda zədələnən olimpiya çempionu müayinə üçün Nürnberqə yollanıb. Onun qarşıdakı sınaqlarda iştirak edib-etməyəcəyi həkimlərin rəyindən sonra bəlli olacaq.

Xəbər 1160 dəfə oxundu.