UEFA Avropa Liqasında Azərbaycan klublarının rəqibləri müəyyənləşib
Futbol üzrə UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Püşk nəticəsində Azərbaycan klublarının da potensial rəqibləri müəyyənləşib.

“Qəbələ” komandası Macarıstan MTK-sına qalib gələcəyi halda Fransanın “Lill” komandası ilə üz-üzə gələcək. “Neftçi” komandası “Şkendiya” (Makedoniya) səddini keçə bilsə Çexiyanın “Mlada Boleslav” kollektivini ilə qarşılaşacaq. “Kəpəz” isə Avstriyanın “Admira” kollektivini mübarizədən kənarlaşdıra bilsə, Çexiyanın “Slovan” (Liberets) komandası ilə görüşəcək.

Xəbər 612 dəfə oxundu.