Rauf Mehdiyev yenə şans gözləyir
"Neftçi" klubu sabah Unibank Premyer Liqasının 21-ci turu çərçivəsində doğma divarlar arasında "Rəvan"ı qəbul edəcək. İdman.com.az saytı xəbər verir ki, "ağ-qaralar"ın qapıçısı Rauf Mehdiyev oyun öncəsi komandanın rəsmi saytına danışıb:

"Hər oyunda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Əlverişsiz hava şəraiti səbəbindən stadionun ot örtüyü də ağırlaşıb. İnanıram ki, havanın soyuq olmasına baxmayaraq, azarkeşlərimiz bizi tək qoymayacaq. Rəqibimiz çempionatın debütantı olsa da, ilk "altılığ"a düşmək imkanını saxlayır.

Bu, onlar üçün son şansdır və ona görə də axıra kimi mübarizə aparacaqlar. Bu baxımdan da düşünürəm ki, gərgin və maraqlı qarşılaşma olacaq. Ötən tur "Sumqayıt"la keçirilmiş matçda start heyətində yer aldım. Əgər məşqçilər heyəti şans versə, yenə komandaya kömək etməyə hazıram".

Xəbər 1419 dəfə oxundu.