“Qarabağ” klubu Vüqar Nadirov ilə birillik müqavilə imzalayıb
“Qarabağ” futbol klubunun yetirməsi Vüqar Nadirov yenidən Ağdam təmsilçisinə qayıdıb.

Futbolçu ilə birillik müqavilə imzalanıb. Vüqar Nadirov peşəkar karyerasına “Qarabağ”da başlayıb və 2004-cü ilədək komandada forma geyinib.

2009-cu ildə yenidən komandaya qayıdan V.Nadirov 6 il yenidən “Qarabağ”ın heyətində çıxış edib.

Xəbər 593 dəfə oxundu.