Azərbaycanın U-17 millisi “Prezident kuboku” turnirində iştirak edəcək
İyulun 20-dən avqustun 6-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesindən sonra yığmamız avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.

Yığmamız ilə yanaşı, turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın “Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.

Xəbər 642 dəfə oxundu.