Fövqəladə Hallar Nazirliyinin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun və FHN işçiləri həmkarlar ittifaqı komitəsinin birgə təşkilatçılığı ilə iyulun 14-də nazirliyin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin idman kompleksində keçirilən çempionatda nazirliyin qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.

Komanda yarışında Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) birinci, Mülki Müdafiə Qoşunları (MMQ) ikinci, Dövlət Yanğından Mühafizə Xidməti üçüncü yerə layiq görülüb.

Şəxsi hesabda isə Yusif Ələsgərov (XRXX), Samir Babayev (FHN Akademiyası) və Asif Ələsgərov (XRXX) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Sonda İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onlara kubok, medal və diplomlar təqdim ediblər.

Xəbər 1986 dəfə oxundu.