Sumqayıtın Türkiyədəki ilk rəqibi müəyyənləşdi
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq komandanın ilk rəqibi də müəyyənləşib.

Belə ki, "Sumqayıt" Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da "Fənərbağça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Al Khaleej" klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.

Xəbər 654 dəfə oxundu.