Kəpəz Sankt-Pöltendə məşqə çıxdı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Admira”nın qonağı olacaq “Kəpəz” oyunun keçiriləcəyi “NV Arena”da matç öncəsi son məşqini keçirib. Sankt-Pölten şəhərində yerləşən stadionda “sarı-göylər”in məşqi təxminən bir saat sürüb.

İsinmə hərəkətləri və yüngül qaçışla başlayan hazırlıq prosesi daha sonra “kvadrat”la davam edib. Məşqin sonunda futbolçular müxtəlif məsafələrdən ötürmələr üzərində çalışıblar.

Xəbər 739 dəfə oxundu.