Kəpəz Avstriyadadır
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Admira” ilə qarşılaşacaq “Kəpəz” ötən gün Avstriyaya yollanıb. Çarter reysi ilə Bratislavaya (Slovakiya) gələn komanda oradan avtobusla Sankt-Pölten şəhərinə yollanıb.

Təxminən saatyarımlıq yolçuluqdan sonra “sarı-göylər” “Lengbachhof” otelinə çatıb.

Nahardan sonra komanda üzvləri istirahətə çəkilib. “Kəpəz” yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) “NV Arena”da oyun öncəsi son məşqinə çıxıb.

Xəbər 643 dəfə oxundu.