Sumqayıtın Boluda 2-ci günü
2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan "Sumqayıt" hazırlığını davam etdirir. Komanda bu gün artıq ilk məşqini başa vurub.

Yerli vaxtla saat 10:30-da günün ilk məşqini keçirən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi ilə müxtəlif tapşırıqlar üzərində çalışıb. Komanda səhər məşqində fiziki göstəricilərin artırılması, xüsusi tapşırıqlarla "kvdrat" və dəqiqələr üzrə sürət dözümlüyü əsnasında futbol oynayıb.

"Sumqayıt"ın axşam məşqi yerli vaxtla saat 18:00-da olacaq.

Xəbər 600 dəfə oxundu.