Azərbaycanlı şahmatçılar Poti Beynəlxalq Şahmat Festivalında iştirak edəcəklər
Turnirdə 13 ölkədən 150 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir. Ən güclü iştirakçılar qrupunun start reytinq cədvəlində birinci yerdə rusiyalı Boris Savçenkonun (2633) adı yer alıb.

XI Poti Beynəlxalq Şahmat Festivalında Azərbaycandan 45 şahmatçının iştirakı gözlənilir.

İsveçrə sistemi üzrə 9 turda keçiriləcək turnirdə şahmatçılar 5 qrupda yarışacaqlar.

Qaliblər iyulun 20-də müəyyən ediləcək.

Xəbər 772 dəfə oxundu.