AFFA FİFA-ya müraciət edib
Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.

R.Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FİFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.

FİFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 578 dəfə oxundu.