Sumqayıt Boluda ilk məşqə çıxdı
Xəbər verdiyimiz kimi, “Sumqayıt” ötən bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb.

Məşqin əvvəlində daha çox fiziki hazırlıq üzərində çalışan komanda daha sonra qısa ötürmələr və 3 qrupa bölünərək oyunla hazırlığı yekunlaşdırıb.

"Sumqayıt" bu gün Boluda 2 məşqə çıxacaq.

Xəbər 621 dəfə oxundu.