UEFA Çempionlar Liqası: "Qarabağ" və "F91 Düdelanj" komandalarının start heyəti açıqlanıb
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bir neçə dəqiqə sonra meydana çıxacaq Ağdamın "Qarabağ" və Lüksemburqun "F91 Düdelanj" komandalarının start heyəti müəyyənləşib.

"Qarabağ"ın ilk onbirliyində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Muarrem Muarrem, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Bədəvi Hüseynov və Dani Kintana yer alıb.

Lüksemburq təmsilçisinin start heyətində isə Jonatan Juber, Tom Şnell, Mario Pokar, Daniel da Mota, Rodrik Dikaba, Dominik Ştolts, Kevin Nakaçe, Jerri Prempe, Brayan Meliss, Kevin Malj və David Turpel meydana çıxacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 582 dəfə oxundu.