Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək
Rusiyanın “Zenit” komandasının sabiq futbolçusu Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubuna keçib.

Azad agent statusuna malik Azərbaycan əsilli futbolçu ilə müqavilə imzalanıb.

Futbolçu tibbi müayinədən uğurla keçdikdən sonra “Trabzonspor”un Slovakiyadakı təlim-məşq toplanışına qatılıb.

Xəbər 795 dəfə oxundu.