“Kəpəz”, “Qəbələ” və “Neftçi”nin cavab oyunlarının başlama saatı açıqlanıb
Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb.

Azərbaycan klublarının da qarşılaşmalarının saatı bəlli olub.

İyulun 20-də Avstriyanın “Admira” klubunu qəbul edəcək “Kəpəz” meydana saat 18:00-da çıxacaq. Ertəsi gün Macarıstan MTK-sı ilə üz-üzə gələcək “Qəbələ”nin matçı saat 21:00-də başlayacaq.

Təmsilçilərimiz arasında sonuncu “Neftçi”nin taleyinə aydınlıq gələcək. Paytaxt klubunun Skopyedə “Şkendiya” ilə cavab matçı saat 22:00-da start götürəcək.

Xəbər 581 dəfə oxundu.