Bu gün “Qarabağ” Lüksemburqun “Düdelanj” Klubu ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” Klubu ilə qarşılaşacaq. Saat 21:00-da başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Orel Grinfeld
Baş hakimin köməkçiləri: Danny Krasikow, Idan Yarkoni
Dördüncü hakim: Menashe Masiah
(Hakimlər briqadası İsraildəndir)
UEFA nümayəndəsi: Volidimir Chorno-ivanov (Ukrayna)
Hakim-inspektor: Zdravko Jokiç (Serbiya)

Xəbər 603 dəfə oxundu.