Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb | |
İsveç çempionatında 13-cü turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub çempionatdakı təxminən bir aylıq fasilədən sonra doğma meydanda AİK-lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Qeyd edək ki, Emin zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb. "Kalmar" geridə qalan turlarda topladığı 17 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb. |
|
Xəbər 629 dəfə oxundu. |
|
|