Azərbaycan təmsilçisi Gideo Yafet Memorialının reytinq-favoritidir
Qüdsdə sayca ikinci Gideon Yafet Şahmat Memorialı başlanıb.

Altı ölkədən 50 şahmatçının, o cümlədən 12 qrossmeysterin iştirakı ilə keçirilən open “A” turnirində Azərbaycan təmsilçisi Arkadi Naydiç iştirak edir. Azərbaycan təmsilçisi həm də turnirin reytinq-favoritidir.

“A” turnirində birinci turun partiyaları oynanılıb. Birinci turda qara fiqurlarla oynayan Arkadi Naydiç yerli şahmatçı Peter Qovxatı məğlub edib. Təmsilçimizin ikinci turda rəqibi israilli Aleksandr Kaspi olacaq.

Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.

Xəbər 617 dəfə oxundu.