“Admira”-“Kəpəz” oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Admira” komandası ilə Gəncənin “Kəpəz” klubu arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti yerindən asılı olaraq 14-32 avro aralığında dəyişir. VİP yerlərə isə biletlər 119-120 avrodur.

Qeyd edək ki, “Admira”-“Kəpəz” matçı iyulun 14-də Sankt-Pelten şəhərindəki “NV Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 611 dəfə oxundu.