ADBTİA ilə AVİF əməkdaşlıq memorandumu imzalayacaq
İyulun 12-də, saat 11:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Memorandumu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitze-prezidenti Sahib Ələkbərov imzalayacaqlar.

Tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans otağında təşkil olunacaq.

Xəbər 708 dəfə oxundu.