Neftçi - Şkendiya matçı 1 manata
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə "Neftçi" arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. 8-ci km stadionunda baş tutacaq oyuna biletlərin qiyməti 1-3 manatdır.

VİP yerlər isə 10 manatdır.

Qeyd edək ki, 14 iyulda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Xəbər 611 dəfə oxundu.